Diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxıblar – FOTO 

Diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxıblar – FOTO 

Hazırda oxunan: Diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxıblar – FOTO 

90681

Şuşaya səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxış keçiriblər. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov tunelin tikintisi barədə qonaqları məlumatlandırıb. 

Trend.az-ın məlumatına görə, Əyyub Hüseynov bildirib ki, Şuşa azad olunduqdan çox qısa müddət sonra yolun çəkilişinə başlanıb. 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 18 layihə həyata keçirir ki, bunlar da böyük layihələrdir. Bu layihələr regionun sosial-iqtisadi inkişafı üçün önəmli rol oyanayacaq", - deyə o əlavə edib. 

Xatırladaq ki, səfərin ilk günü işğaldan azad olunan ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatların səfəri baş tutub. 

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək. 
Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO