Bakıda xarici vətəndaşlara qarşı dələduzluq edən şəxsin cəzası dəyişmədi – QƏRAR

Bakıda xarici vətəndaşlara qarşı dələduzluq edən şəxsin cəzası dəyişmədi – QƏRAR

Hazırda oxunan: Bakıda xarici vətəndaşlara qarşı dələduzluq edən şəxsin cəzası dəyişmədi – QƏRAR

90679

Bakıda xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən şirkət rəhbəri Nurlan Əsgərzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. 

Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Əsgərzadə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmə əsasən, N.Əsgərzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığıa buraxılıb. 
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib. Məlumat üçün bildirək ki, şirkətlərdən birinin təsisçisi və direktoru olan N.Əsgərzadə 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İttihama görə, o, ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilən qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul alıb.

Həmçinin, N.Əsgərzadə həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik edib.

İstintaq tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO