Gəncənin girişində külək aşıran GERBİN TALEYİ necə oldu? – Rəsmi AÇIQLAMA

Gəncənin girişində külək aşıran GERBİN TALEYİ necə oldu? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Gəncənin girişində külək aşıran GERBİN TALEYİ necə oldu? – Rəsmi AÇIQLAMA

90669

Bu ilin mart ayında Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən və güclü külək nəticəsində aşan Gəncənin simvolik gerbi hələ də yerinə bərpa olunmayıb. 

Bizim.Media-nın yerli bürosu 5 aya yaxındır taleyi barədə heç bir məlumat olmayan gerbin harada olması ilə maraqlanıb. 

Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə güclü külək nəticəsində aşan gerbin bir tərəfində simvolların bəziləri yararsız hala düşüb və onun yerində restavrasiya olunması mümkün olmadığından xüsusi texnikaların köməyi ilə şəhərin emalatxanaların birinə aparılıb:
“Gerb ölçü baxımından həddən artıq böyükdür və onun üzrəində elementlər çox şaxəli olduğundan onun restavrasiyasıyası xüsusi alətlərlə və aidiyyatı üzrə sənətkarlar tərəfindən aparılır. Həmin ornamentləri bərpa etmək üçün lazım olan materiallar alınıb və xüsusi qrup işə başlayıb. Hesab edirik ki, yaxın aylarda gerb yenidən öz yerinə bərpa olunacaq”, - deyə birliyin rəsmisi əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO