Gəncədə şəhid anası vəfat etdi

Gəncədə şəhid anası vəfat etdi

Hazırda oxunan: Gəncədə şəhid anası vəfat etdi

90658

Gəncənin 44 günlük Vətən müharibəsi şəhidi Anar Qəhrəman oğlu Məmmədovun anası Aybəniz xanım dünyasını dəyişib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yas mərasimində şəhər icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Şəhid anası böyüyüb boya başa çatdığı Tovuz rayonunda dəfn olunub.  

Qeyd edək ki, Gəncə şəhidi Anar Məmmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşub.

O, Tərtər rayonunun Suqovuşan kəndi, Füzuli və Cəbrayıl rayonlarının, Daşaltı kəndinin və Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Anar 9 noyabr 2020-ci il tarixində Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.  
Məmmədov Anar Qəhrəman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO