Bu insanlar bir-biriləri ilə yola getmir – Ziddiyətli bürclərin SİYAHISI

Bu insanlar bir-biriləri ilə yola getmir – Ziddiyətli bürclərin SİYAHISI

Hazırda oxunan: Bu insanlar bir-biriləri ilə yola getmir – Ziddiyətli bürclərin SİYAHISI

90605

İnsanların xarakterləri, istəkləri müxtəlifdir. Bu müxtəlifliklər çox zaman digər insanlarla konflikt yaşamağa səbəb olur. Bəzən bu konflikti bürclərin də üzərinə atırlar.

Bizim.Media bu dəfə bir-biri ilə yola getməyən, xüsusiyyətləri ziddiyət təşkil edən bürcləri təqdim edir:

Qoç bürcü 

Qoç bürcü insanları özünə güvənən insanlardır və özlərini birinci yerə qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmanı çətinləşdirir.

Buğa bürcü

Buğa kişisinin hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi müxtəlif bürclərə malik insanlarla anlaşmaq daha çətindir.

Əkizlər bürcü

Dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir.

Xərçəng bürcü

Xərçəngin əks əlaməti Oğlaqdadır. O, Oğlaq kişisi ilə demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var; Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz.

Şir bürcü

Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcü adamlarını özündənrazı hesab edir.

Qız bürcü

Qız bürcünün həddindən artıq vasvası xasiyyəti və hər bir hərəkətini əvvəlcədən hesablaması cəld hərəkət etməyi sevən Oxatan, Qoç və Şir bürcü ilə bir araya sığmır.

Tərəzi bürcü 

Qoç, Xərçəng və Oğlaq bürcü üçün Tərəzilər çətin bir şəxsiyyətə sahibdirlər.

Əqrəb bürcü

Bu bürcün insanlarının həddindən artıq özlərinə istiqamətli hərəkətləri zamanla Şir, Dolça və Buğa bürclərini yorur və onlar Əqrəb bürcünə dözülməz bir insan kimi baxırlar.

Oxatan bürcü 

Həvəsli və diqqətsiz Oxatan kişisinin əks bürcləri Əkizlər, Qız və Balıqlardır. Bu bürclər Oxatan insanlarını şıltaq və həddindən artıq optimist hesab edirlər.

Oğlaq bürcü

Onun əks əlamətləri Xərçəng, Tərəzi və Qoçda cəmlənib. Oğlaqların həddindən artıq səbri və nizamlılığı əks əlamətlərinə görə darıxdırıcı görünür.

Dolça bürcü

Dolçalar torpaq qrupuna daxil olan Buğa, Qız və Oğlaq ilə çətinliklə anlaşa bilirlər.

Balıq bürcü

Bu bürclər Balıq bürcündən xaric bürclərlə anlaşa bilmirlər. Xüsusilə Əkizlər, Qız və Oxatanlar Balıq kişisi üçün anlaşılmaz olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO