İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

Hazırda oxunan: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

90574

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dan Bizim.Media-ya verilən xəbərə görə, avqust ayının 26-da saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxın¬lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 03:40-da sərhədboyu ərazidə gizlin yerdən naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Balakişiyev Zeynalabdin Fəxrəddin oğlu olması müəyyənləşdirilib, şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram “marixuana” və 3 kq 630 qram “tiryək”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO