Universitetlərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Universitetlərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Hazırda oxunan: Universitetlərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

90571

Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, artıq 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 1 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar


Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar


ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar 

Say 

(nəfər) İxtisasın kodu İxtisasın adı 

16 131113 Kompüter elmləri (tədris ingilis dilində) 

1 131138 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) 

8 131146 İnformasiya texnologiyaları (tədris ingilis dilində) 

4 131154 Kompüter mühəndisliyi (tədris ingilis dilində) 

32 131162 Biznesin idarə edilməsi (tədris ingilis dilində) 

14 131179 İqtisadiyyat (tədris ingilis dilində) 

21 131187 Maliyyə (tədris ingilis dilində) 

31 131195 Beynəlxalq münasibətlər (tədris ingilis dilində) 

23 131219 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) 

30 131227 Hüquqşünaslıq (tədris ingilis dilində) 

10 131235 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində) 

SAT imtahanı nəticələrinə əsasən ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar 

Say 

(nəfər) İxtisasın kodu İxtisasın adı 

20 131113 Kompüter elmləri (tədris ingilis dilində) 

9 131121 Riyaziyyat (tədris ingilis dilində) 

12 131138 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) 

22 131146 İnformasiya texnologiyaları (tədris ingilis dilində) 

17 131154 Kompüter mühəndisliyi (tədris ingilis dilində) 

27 131162 Biznesin idarə edilməsi (tədris ingilis dilində) 

12 131179 İqtisadiyyat (tədris ingilis dilində) 

16 131187 Maliyyə (tədris ingilis dilində) 

25 131195 Beynəlxalq münasibətlər (tədris ingilis dilində) 

25 131219 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) 

7 131235 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO