Narkomanlara

Narkomanlara "pis baxıram" deyən şəxs narkotik satdığı üçün saxlanıldı - VİDEO

Hazırda oxunan: Narkomanlara "pis baxıram" deyən şəxs narkotik satdığı üçün saxlanıldı - VİDEO

90570

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

Bizim.Media "Vaxt Media"ya istinadən xəbər verir ki, saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var.

Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulan şəxslər arasındadır.
Həmin şəxsin danışıq tərzi və sair xeyli maraq doğurduğundan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Saxlanılan bu şəxs Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydiyyatda olan, Nərimanov rayonu 2-ci Şimal Şitilliyi (Xutor) küçəsində daimi yaşayan 1968-ci il təvəllüdlü Vüqar Muradxanovdur.

O, daha əvvəl də Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə tutulub və məhkum edilib.

Onun barəsində cinayət işi açılıb və təcridxanaya göndərilib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO