Ad günündə Polad Həşimovun şəhid olduğunu eşitdi – Könüllü yazıldı, QƏHRƏMAN OLDU  

Ad günündə Polad Həşimovun şəhid olduğunu eşitdi – Könüllü yazıldı, QƏHRƏMAN OLDU  

Hazırda oxunan: Ad günündə Polad Həşimovun şəhid olduğunu eşitdi – Könüllü yazıldı, QƏHRƏMAN OLDU  

90565

Abşeron, yeni yaşayış kompleksi, 55-ci bina, 6-cı mərtəbə, 34-cü mənzil...

Vətən müharibəsi şəhidi Əlizamin Mustafalının mənzilinin ünvanıdır. Özünün heç vaxt görmədiyi, ailəsinin onun xatirələri ilə birgə yaşadığı mənzildir bura.

Şəhidimizin ailəsi dövlət qayğısı ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailəyə Abşeron rayonundakı yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli mənzil verilib.
Şəhidin anası Ülviyyə Nəbiyeva deyir ki, Əlizaminin futbol və güləşə böyük marağı var idi. Hobbi kimi məşğul olurdu. Ən böyük arzusu isə hərbçi olmaq idi. Ülviyyə xanım Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla eyni məktəbdə təhsil alıb. Deyir ki, Polad Həşimov oğlumun doğum günündə şəhid oldu:

“Əlizaminə o qədər pis təsir etmişdi ki, üç gün evə gəlmədi. Sonra eşitdim ki, generalın şəhid olduğu günün səhəri könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət edib. Dostları deyir ki, ilk dəfə idi onu hönkür-hönkür ağlayan görürdük”.

Əlizamin Valeh oğlu Mustafalı Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Hadrutun azad olunmasında qəhrəmanlıq göstərib. Hadrut-Şuşa istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
İndi Əlizaminin ruhu şaddır. Uğrunda canını qurban verdiyi Vətən torpağı işğaldan azaddır. Bu gündən etibarən  Laçında da dalğalanan bayrağımız onun ruhuna ən həzin və əzəmətli nəğməni pıçıldayır:

“Şəhidlər ölməz, Vətən bölünməz!”

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO