“Quraqlıq bütün dövrlərdə baş versə də heç zaman belə yanğınlarla müşayət olunmayıb. Artıq böyük həcmdə meşələrin yanması təbii yox, süni səbəblərlə bağlıdır. Məsələ Günəşlə yox, yerin atmosferi ilə bağlıdır. Daha doğrusu atmosferdə aparılan oyunlarla”.
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada sosioloq Elçin Bayramlı səsləndirib:
Sosioloqun sözlərinə görə, ozon qatının nazikləşməsi nəticəsində günəş şüaları tam filtirasiyadan keçə bilmir və nəticədə yandırıcı şüalar ətraf mühitdəki hər şeyi zədələyir:
“Bilirsiniz ki, göyə bir çox peyklər buraxılıb. Onlar iqlim dəyişkənliyindən tutmuş, müxtəlif radiodalğalar və elektromaqnit dalğalarla yerin müxtəlif bölgələrində vəziyyəti dəyişməyə qadir olan texnologiyalarla təchiz olunub. Bundan əlavə atmosferə atdığımız tullantılar atmosfer təbəqələrində qarışıqlıq yaradır. Eyni zamanda Ozon qatının nazikləşməsi müşahidə olunur. Bu isə özlüyündə Günəş şüalarının tam filtirasiyadan keçməməsinə səbəb olur.
MÖVZU İLƏ BAĞLI:
Meşələr niyə yanır? - RƏSMİ AÇIQLAMA
Təhlükəli nüvə sınaqları zavodlardan havaya atılan zəhərli karbon qazlarını artırır və bu atmosferdə dəyişikliyə səbəb olur. Digər tərəfdən ionosfer təbəqəsinə çox ciddi təsirlər olunur. ABŞ-ın Alyaskda qurduğu “Harb” stansiyası guya iqlim dəyişikliyinin kəşfiyyatını aparmaq üçündür.
Əslində isə bu stansiya ionosferə dalğalar yönəldir və bu dalğalar bucaq effekti ilə əks olunaraq başqa şəkildə dünyanın başqa bir ərazisinə ötürülür. Həmin ərazidə quraqlıq yaratmaq, atmosfer təzyiqini dəyişmək, hətta zəlzələ ocaqlarına təsir etmək və yanğınlar törətmək mümkündür”.
Ekspert açıqlaması zamanı silsilə şəkildə törədilən meşə yanğınlarında məşhur iş adamı İlon Maskı ittiham edib:
“İlon Maskın səmaya buraxdığı peyklərlə bağlı çox ciddi şübhələr var. Burada 40 minə yaxın peykdən söhbət gedir. Guya ki, bu peyklər vasitəsilə insanlara pulsuz internet verəcək. Doğrusu, burada qlobal məqsəddən söhbət gedə bilməz, çünki kapitalistlərin adətən birinci məqsədi öz milyardlarını artırmaq olur.
İndi Maskın milyardlar xərcləyib qarşılığında insanlara pulsuz xidmət göstərməsi heç bir məntiqə sığmır. Maskın peykləri hansı ölkədən keçirsə, o ölkədə ciddi problemlər baş verir. Həmin peyklərin lazer texnologiyası ilə təchiz olunması artıq Amerikada təsdiq olunub. Mask məhz o texnologiyadan istifadə sayəsində peyklərin üzərindən uçduğu ölkələrdə meşə yanğınları və quraqlıqlar törədə bilir.
Həmçinin “Amazon” və “Sibir” meşələrinin bu kimi qüvvələr tərəfindən yandırıldığı dəqiq faktlarla ortadadır.
Türkiyədə ötən il baş verən güclü meşə yanğınlarının düz xətt üzrə getməsi göydən verilən şüanın nəticəsində baş verdiyinin bariz sübutudur. Mən əminəm ki, bu yaxınlarda Şabran və Qubada baş verən yanğınların 90 faizi süni şəkildə qəsdən törədilib”.
Elçin Bayramlının fikrincə, hazırda dünyanı idarə edən güclər müxtəlif şəkilli terror hadisələri törətməklə məşğuldurlar. İlon Mask və digər bu kimi şəxslər əslində onların alətidir:
“İndi terror təkcə silahlarla, partlayışla, sosial sahələrdə deyil, gizli şəkildə ekoloji, qida və səhiyyə sahələrində də, aparılmaqdadır. Sanki bununla dünyanın dağıdılmasını sürətləndirilər. Hazırda dünyada ərzaq bolluğu var və bu bolluq 15 milyard əhalini təmin edəcək gücdədir, amma dünyada mövcud olan 8 milyard insan arasında süni sürətdə qıtlıq yaradılır”.
Leyla Şah, Bizim.Media