Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq

Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq

Hazırda oxunan: Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq

90553

Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq. 

Bizim.Media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.
Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilərək müvafiq söhbət aparılmış və 15 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilib.

Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO