Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.
Belə ki, əmrin surəti artıq sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.
Əmək müqaviləsinə xitam verilənlər arasında Baş nazirin köməkçisi Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, keçmiş təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı, təhlükəsizlik və korrupsiya ilə bağlı komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Vasif Talıbovun oğlu Rza Talıbov və digər tanınmış şəxslər var.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova açıqlama verib.
Qurum rəsmisinin sözlərinə görə, sözügedən müqavilələr müddətli olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir:
"Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğundan qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.
Növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”, - deyə K.Quliyeva qeyd edib.
Qeyd edək ki, müqavilələrinə xitam verilən tanınmış şəxslərin bir neçəsi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 26.08.2022
Bu məşhur simalar BDU-da müəllimlikdən çıxarıldılar – Səbəb BU İMİŞ – Rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Bu məşhur simalar BDU-da müəllimlikdən çıxarıldılar – Səbəb BU İMİŞ – Rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Bu məşhur simalar BDU-da müəllimlikdən çıxarıldılar – Səbəb BU İMİŞ – Rəsmi AÇIQLAMA - FOTO
90531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.