Zaqatalada itkin düşən turistin ailəsi Hindistana qayıdır - FOTO 

Zaqatalada itkin düşən turistin ailəsi Hindistana qayıdır - FOTO 

Hazırda oxunan: Zaqatalada itkin düşən turistin ailəsi Hindistana qayıdır - FOTO 

90528

Zaqatala dağlarında bir neçə ay əvvəl itkin düşən hindistanlı turistin ailə üzvləri üç ay davam edən axtarışlardan sonra vətənlərinə dönmək qərarına gəliblər. 

Bizim.Media xəbər verir ki, Zaqatala rayonu ərazisində itkin düşən hindistanlı turist, 29 yaşlı Manikath Kondaveetinin axtarışlarında iştirak etmək üçün Hindistandan gələn atası Purna Kondaveeti və qardaşı Dharan Kondaveeti bu gün Zaqatalanı tərk edəcəklər. 

Qeyd edək ki, hindistanlı turist Manikath Kondaveeti Böyük Qafqaz dağlarını gəzmək üçün may ayının 11-i Zaqatalaya gəlib.
O, bir gün Zaqatalada qaldıqdan sonra may ayının 12-i səhər saatlarında qaldığı oteldən dağları gəzmək üçün çıxıb və bir daha geri dönməyib.

Məlumata görə, Manikath Kondaveetini son dəfə may ayının 13-ü yerli sakinlər Zaqatalanın Honzoqor dağının el arasında “Şamil yaylağı” kimi tanınan ərazidə görüblər. Dağlarda itkin düşən hindistanlı turistin axtarışlarına may ayının 17-dən start verilsə də, keçən üç ay müddətində heç bir izə rast gəlinməyib. (Apa.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO