Qobustan bələdiyyəsinin sədri cəzalandırıldı – HÖKM 

Qobustan bələdiyyəsinin sədri cəzalandırıldı – HÖKM 

Hazırda oxunan: Qobustan bələdiyyəsinin sədri cəzalandırıldı – HÖKM 

90513

Qobustan şəhər bələdiyyəsinin sədri, 1965-ci il təvəllüdlü Vasif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media xəbər verir ki, Qobustan rayon Məhkəməsində hakim Mirələm Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən V.Novruzov 5 min manat miqdarında cərimə olunub.

İstintaq orqanı tərəfindən V.Novruzovun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, V.Novruzov 2000-ci ildən Qobustan rayonu Mərəzə bələdiyyəsinin, 2009-cu ildən etibarən isə Qobustan bələdiyyəsinin sədri vəzifəsində işləyib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO