Avqustun 25-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.
Bizim.Media
![ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı](https://bizim.media/file/articles/2022/08/26/1661492515_e.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 26.08.2022
ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı
Hazırda oxunan: ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı
Hazırda oxunan: ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı
90509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.