Bu gün bir dəqiqəlik sükut olacaq

Bu gün bir dəqiqəlik sükut olacaq

Hazırda oxunan: Bu gün bir dəqiqəlik sükut olacaq

9049

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Bizim.Media-nın məlumatına görə, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: 

"Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO