Tovuzda yeniyetməyə zorakılıq edən şəxs HƏBS EDİLDİ

Tovuzda yeniyetməyə zorakılıq edən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Tovuzda yeniyetməyə zorakılıq edən şəxs HƏBS EDİLDİ

90451

Tovuz rayonunda yeniyetməyə qarşı zorakılıq edən şəxs həbs edilib.

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanıb. 

İstintaq aparılması üçün cinayət işi aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO