Tərtərdə şəhidin xatirəsinə inşa edilən bulağın açılışı oldu - FOTO

Tərtərdə şəhidin xatirəsinə inşa edilən bulağın açılışı oldu - FOTO

Hazırda oxunan: Tərtərdə şəhidin xatirəsinə inşa edilən bulağın açılışı oldu - FOTO

90437

Tərtər rayonunun Səhlabad kəndində Vətən müharibəsində şəhid olmuş Orxan Şahmar oğlu Aslanlının xatirəsinə inşa edilən bulağın açılış olub.

Bizim.Media xəbər verir ki, təşkil olunmuş mərasimdə rayon rəhbəri Müstəqim Məmmədov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad edib, onların ruhuna dualar oxunub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Orxan Aslanlının döyüş yolundan söhbət açıb. Digər çıxış edənlər ölkə rəhbərinin şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını diqqətə çatdırıb. 

Sonda şəhid adının əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq-xatirə abidəsinin açılışı olub. 

Bundan sonra icra başçısı və rayon ictimayyəti nümayəndələri şəhidin doğulduğu evə gedərək ailənin sosial qayğıları ilə yaxından maraqlanıb. 

Xatırladaq ki, Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. O, Vətən müharibəsi zamanı cəbhənin Tərtər istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib. Oktyabr ayının 8-də məhz elə həmin istiqamətdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Orxan
Aslanlı ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO