Baş prokuror QARABAĞDA - FOTO

Baş prokuror QARABAĞDA - FOTO

Hazırda oxunan: Baş prokuror QARABAĞDA - FOTO

90402

Avqustun 24-də Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun rəhbər heyəti ilə birlikdə Şuşa, Xocavənd, Zəngilan və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti ilə yerində tanış olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon prokurorluqlarının işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərmələri üçün ayrılmış inzibati binalarda yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara xidməti ərazilərində hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə edərək aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə dəstək göstərməklə bağlı tapşırıq və tövsiyələrini verib.

Həmçinin, Baş prokuror Kamran Əliyev və Baş prokurorun müavini-Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamı əsasında yaradılmış Qubadlı hərbi prokurorluğunda olmaqla əməkdaşlarla görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıblar.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO