“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı: Yeni sədri SEÇİLDİ - FOTO

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı: Yeni sədri SEÇİLDİ - FOTO

Hazırda oxunan: “İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı: Yeni sədri SEÇİLDİ - FOTO

90394

Avqustun 25-də Nizami Kino Mərkəzində “İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransında qurumun yeni sədri seçilib. 

Bizim.Media xəbər verir ki, 500-ə yaxın gəncin qatıldığı konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, media qurumlarının və ictimaiyyətin təmsilçiləri, qazilər iştirak edirlər. 

Hesabat-seçki konfransında məruzələrdən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib.

Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesi başlayıb. İdarə Heyətinin üzvləri təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə “İrəli” İctimai Birliyinin İdarə Heyətinin yeni sədri seçilib. Şahin Rəhmanlı yenidən növbəti iki il müddətinə təşkilatın İdarə Heyətinə rəhbərlik edəcək. 
O, göstərilən yüksək etimada görə “İrəli” İctimai Birliyinin kollektivinə təşəkkür edib. 

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-cü ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO