Bakıda bu küçələrdə hərəkət dayandırılacaq

Bakıda bu küçələrdə hərəkət dayandırılacaq

Hazırda oxunan: Bakıda bu küçələrdə hərəkət dayandırılacaq

90360

Bu gündən Bakıda Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yenilənməsidir. Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq.

Həmin müddətdə Tbilisi prospektindən yalnız Şəfayət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.

DYP sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO