İlkin Süleymanovun bacısının ifadəsi elan edilmədi - MƏHKƏMƏ

İlkin Süleymanovun bacısının ifadəsi elan edilmədi - MƏHKƏMƏ

Hazırda oxunan: İlkin Süleymanovun bacısının ifadəsi elan edilmədi - MƏHKƏMƏ

90270

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prosesdə bəzi sənədlər elan edilib. 

İlkin Süleymanovun bacısı İlhamənin istintaqa verdiyi ifadəsinin elan edilməsi istənilib. Amma məhkəmədə onun ifadəsi elan edilməyib. Həmin ifadədə İlkin Süleymanovun  xeyrinə olan məqamlar olub.
Daha sonra digər sənədlər  elan olunub.  

Həmçinin, müəyyən edilib ki, ifadələrin alınması ilə bağlı vaxtlar saxtalaşdırılıb. İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib ki, bəzi sənədlər də imzalar olmayıb. 

Vəkil həmçinin bildirib ki, İlkin Süleymanovun şahid qismində dindirilməsi ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında 10 dəqiqə vaxt olub. Vəkilin bunun da ziddiyyətli olduğunu bildirib. 

Qeyd edib ki, bu vaxt ərzində İlkin Süleymanovun müdafiə huququ pozulub. Bu səbəbdən həmin səbədlərin işdən xaric olunmasının vacib olduğu vurğulanıb. 

İlkin Süleymanov isə bildirib ki, istintaqa verdiyi ifadəsinin bir hissəsini özü uydurub, bir hissəsini sual-cavab formasında danışıb. İlkin Süleymanov deyib ki, işgəncələrə dözməyərək özündən bəzi ifadələri uydurub.

Məhkəmədə həmçinin müəyyən edilib ki, hadisə yerindən götürülən qanın 2-ci  qrup olunması müəyyən edilib. Amma Nərminin qanının 4-cü qrup olması üzə çıxıb. 

Müəyyən edilib ki, İlkin Süleymanov əlavə şahid qismində ifadə verərkən cinayəti törətməsini etiraf edir, amma müstəntiqlər ona baş verən qətli niyə törətməsi barədə heç bir sual verməyiblər. 
Vəkil həmçinin cinayət işində ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sənədlərin sübutlar siyahısından çıxarılmasını istəyib. 

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO