“Xaricdən gətirilən uşaq yeməkləri genefondumuzu məhv edir” – Sosioloqdan XƏBƏRDARLIQ

“Xaricdən gətirilən uşaq yeməkləri genefondumuzu məhv edir” – Sosioloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Xaricdən gətirilən uşaq yeməkləri genefondumuzu məhv edir” – Sosioloqdan XƏBƏRDARLIQ

90220

“Başqa ölkələrin uşaq yeməkləri əsasən o coğrafiyada yaşayan uşaqları nəzərə alaraq istehsal olunur və ona görə də onların fərqli coğafiyada yaşayan uşaqlara tətbiqi ciddi kənaraçıxmalar yaradır. Çünki bizim uşaqların naturası genetik olaraq xaricdən gələn yeməklərə hazır deyil. Yeməklər təkcə fiziologiyamız deyil, eyni zamanda psixologiyamıza və sinir sistemimizə də təsir göstərir”.

Bu fikriləri Bizim.Media-ya dükanlarda saxta uşaq yeməkləri ilə bağlı problemə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu səsləndirib.

Sosioloq qeyd edib ki, Azərbaycan bazarında saxta yeməklərdən və ümumiyyətlə tərkibində nə olduğun belə anlamadığımız uşaq yeməklərindən qurtulmağın yeganə yolu onu özümüzün istehsal etməyimizdir:

“Bu Mercedes və ya amerikan maşını deyil ki, istehsal etməyə gücümüz çatmasın. Bir-iki il əziyyət çəksək ölkəmizdə yerli məhsullarımızdan bizim uşaqların genetikasına uyğun yeməklər istehsal edə bilərik. Pul qazanmaq istəmirlər bəyəm, uşaq yeməyinə olan təlabat isə aşırı dərəcədədir, olmazmı ki, sərmayə qoyub bu işə girişsinlər? Gərək inhisarçılıqdan qazanalar?”.

Apteklərdə vaxtı keçmiş uşaq qidalarının satılmasından danışan sosioloq vurğulayıb ki, bunun arxasında məqsədi daha çox pul qazanmağa yönəlmiş işbazlar dayanır:

“Beş il öncə Almaniyaya getmişdim. Bir türk gənc mənə yaxınlaşıb dedi ki, bu yaxınlarda Azərbaycandan Almaniyaya gələn iş adamı mənimlə müqavilə imzlayaraq məni özünə tərcüməçi götürdü.

“Alman millətindən olmayan insanlara yaxınlaşıb vaxtı keçmiş uşaq qidalarının tarixlərini dəyişərək onları almağa başladı. Sonra gəlib yemək yeyəndə isə mənə dedi ki, mən hacıyam və yeməyimin içində donuz əti olmamalıdır. Mən isə ona cavab verdim ki, bayaqdan gördüyün işlər donuz xislətindən on dəfə mundardır, ət yesən noolacaq ki?”
Yəni belə adamların işbazlığı nəticəsində genefondumuz, beşikdəki körpələrimizin həyatı zədələnir. Unutmamalıyıq ki, sabahın alimi də, millət vəkili, fəhləsi və əsgəri də, bu uşaqlarımızın içərisindədir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO