Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür – VİDEO

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür – VİDEO

Hazırda oxunan: Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür – VİDEO

90189

Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb.

Ərazini boşaltmağa hazırlaşan rusiyalı sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.

Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib.

Rusiya sülhməramlıları xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.

Xatırladaq ki, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilər avqustun 25-dək ərazini tərk etməlidirlər. Alınan son məlumata görə, artıq onların böyük əksəriyyəti Ermənistana, az qismi isə Xankəndi şəhərinə köçüb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO