Azərbaycan universitetlərində illik təhsil haqqı nə qədərdir? - SİYAHI

Azərbaycan universitetlərində illik təhsil haqqı nə qədərdir? - SİYAHI

Hazırda oxunan: Azərbaycan universitetlərində illik təhsil haqqı nə qədərdir? - SİYAHI

90149

Bir neçə gün sonra ölkəmizdə abituriyentlərlər üçün ixtisas seçimi başa çatır. Artıq qısa müddət sonra tələbə adını qazanmış şəxslərin siyahısı bəlli olacaq. Qeyd edək ki, avqustun 16-dan I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Təbii ki, bütün abituriyentlər istəyir ki, daha prestijli universitetlərdə, daha perspektivli ixtisaslara yiyələnsinlər. Nəzərə alaq ki, tələbə adını qazananların yarıdan çoxu ödənişli təhsil alacaq. Bəs elə isə hansı universitetlərdə illik təhsil haqqı nə qədərdir?

Bizim.Media DİM-in «Abituriyent» jurnalının 4-cü nömrəsinə əsasən bəzi universitetlərdəki illik təhsil haqlarını təqdim edir.

1. 1919-cu ildə yaradılan Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır. Bir il 4 500 manata başa gəlir. Burada minimal təhsil haqqı fizika, geologiya, mexanika, riyaziyyat, coğrafiya, hidrometeorologiya, bitki mühafizəsi və kitabxanaçılıq ixtisaslarına aiddir. Qiymət 1 900 manat təşkil edir.

2. Dövlət Neft və Sənaye Universitetində ixtisasların əksəriyyətinin təhsil haqqı 2 000 manatdır. Yalnız II qrupa aid olan ixtisasların qiyməti 2 300 manatadək qalxa bilər.

3. “ADA” Universitetində tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Burada ixtisasların qiyməti 6 000 – 6 500 manatdır. Ali məktəbdə tədris tamamilə ingilis dilində aparılır.

4. Ölkədə fəaliyyət göstərən yeganə yerli ali tibbi təhsil ocağı Azərbaycan Tibb Universitetidir. İxtisasların qiyməti 4 000 – 4 500 manat arasındadır.

5. Dövlət İqtisad Universitetində maksimal təhsil haqqını – 2 600 manatı maliyyə ixtisasında oxuyanlar ödəyirlər. Ən aşağı qiymətlər isə elektrik və elektronika, maşın, materiallar mühəndisliyi ixtisaslarındadır.

6. 10 000-ə yaxın tələbənin oxuduğu Memarlıq və İnşaat Universitetində bir illik təhsil haqqı 1 700 manatdan başlayır. Ən bahalı ixtisas memarlıqdır. Bu ixtisas üzrə təhsil alanlar ildə 2 500 manat ödəyirlər.

7. Gəncədə yerləşən Dövlət Aqrar Universitetində I ixtisas qrupu üzrə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır. Digər ixtisas qruplarında isə qiymətlər 1 200 manatdan başlayır. 

8. Gəncə Dövlət Universitetində illik təhsil haqqı 1 000-1 800 manat arasında dəyişir.

9. Gəncə Texnologiya Universitetində də təhsil haqqı 1 000 – 1 800 manat aralığındadır.

10. Sumqayıt Dövlət Universitetində ən yüksək qiymət – 1900 manat mühasibat və maliyyə ixtisaslarında qeydə alınıb. Mühəndislik ixtisaslarında isə təhsilin illik haqqı 1 500 manatdır.

11. Naxçıvan Dövlət Universitetində coğrafiya, iqtisadiyyat, marketinq, menecment, xarici dil müəllimliyi və filologiya ixtisasları üçün 1 200 – 1 300 manat ödəmək lazımdır. Turizm işinin təşkili, regionşünaslıq və tərcümə burada ən bahalı ixtisaslar sayılır. Bir ilin qiyməti 1 500 manatdır.
Qeyd edək ki, yuxarıda ancaq tədrisi əyani şəkildə aparılan ixtisasların adı çəkilib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO