Müəllimlərin işə qəbulu ilə bağlı daha bir XƏBƏR

Müəllimlərin işə qəbulu ilə bağlı daha bir XƏBƏR

Hazırda oxunan: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir XƏBƏR

90122

Bu gün və avqustun 26-da 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, vakansiya seçiminə saat 11:00-dan etibarən start veriləcək və proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq. Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO