Dünyanın ən qısqanc adamları hansı millətə məxsusdur? – ARAŞDIRMA

Dünyanın ən qısqanc adamları hansı millətə məxsusdur? – ARAŞDIRMA

Hazırda oxunan: Dünyanın ən qısqanc adamları hansı millətə məxsusdur? – ARAŞDIRMA

90076

Qısqanclıq bir çox insanın həyatına təsir edir. Sosioloqların araşdırmalarına görə hər 5-ci ailə qısqanclığa görə dağılır. Bəzi tədqiqatların nəticələrinə, əsasən, qısqanc insanlar 10-15 il daha az yaşayır. Hətta insanlar arasında yayılmış müəyyən ənənəvi fikirlərdən biri odur ki, Şərq insanı Qərb insanına nəzərən, daha qısqancdır.

Bu fikir nə qədər doğrudur? İnsan niyə qısqanc olmalıdır?

Bizim.Media-a danışan psixoloq Gülnar Orucova qeyd edir ki, bir yerdə sevgi varsa, qısqanclıq da şərtdir ki, olsun.

“Qısqanclıq yoxdursa, sevgi də yoxdur. Regional psixologiya isə var və müəyyən bölgələrdə qadın-kişi münasibətləri fərqli tənzimlənir.

Qərb dövlətlərində kişi və qadın hüquqları bərabər olduğu üçün, hardasa demək olar ki, qısqanclıq hallarına rast gəlinir. Şərqdə kişi-qadın münasibətlərində tabeçilik ünsürünün üstünlük təşkil etməsinə səbəb qadının iş potensialının aşağı olmasıdır. Qərbdə qadınlar daha özgüvənli, daha azaddır. Şərqdə isə qadın dəstəyi kişidən gözləyir”.
Əslində, biz sual verməliyik, insan qısqanc olmalıdırmı?

“Kişinin qadını qısqanmağı kişinin özgüvənin olmamasından xəbər verir. Özünəgüvənən kişi qadının geyiminə, gəzməyinə nəzarət etməz, sadəcə nəyin yaxşı olub-olmadığını tövsiyə edər. Şərqdən fərqli olaraq, Qərbdə qadınlar geyimlərinə görə dəyərləndirilmirlər. Qərbdə qadınlar daha çox seçilib-sayılırlar, hörmət olunurlar”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, qısqanclıq hissi təbii hissdir.

“Bu hissi insanlar sonradan düşünməyib, heyvanlara da aiddir. Kamçatkada dəniz pişikləri var ki, çox nəhəng olurlar. Erkək dəniz pişiyi ailəsi ilə oturur, dənizə baxır, çimir, əgər bu ailənin yanına qıraq erkək dəniz pişiyi gəlsə, aləm bir-birinə dəyir. Qısqanclıq yalnız sosial yox, həm də bioloji faktdır”.

Milli kod və milli mentalitet anlayışları fərqlidir.

“Milli kod dəyişilməzdir. Məsələn, bu özünü həmin millətin səs tembrində büruzə verə bilər. Milli mentalitet isə həm sosial, həm də psixoloji xarakterli fenomendir. Milli mentalitetə həyatda dayanıqlı vərdişlərimiz sistemi kimi baxa bilərik. Şərq mentalitetində isə qısqanclıq hadisəsi geniş yayılıb. Bu Günəş enerjisi – təbiətdən müəyyən qədər asılıdır. İnsanlar yüksək temperatura məruz qaldıqca, onlar da qısqanclıq çoxalır. Elə adalar, xalqlar var ki, onlar da daimi Günəş işığının təsirindədir, amma milli dəyərləri fərqlidir, çünki milli mentalitetin sosial tərəfləri də var”.

Qısqanclıq bir davranış formasıdır. 

“Davranışı 4 ünsür formalaşdırır. Bir insanın öz psixoloji durumu, ikinci ətraf mühit, üçüncü aldığı informasiya, dördüncü üstünlük verdiyi dəyərlər. İnsanların gen-gendən keçən və ətraf mühitində üstünlük verilən dəyərlər Azərbaycanda fərdi ona məcbur edir ki, qısqanclığı milli dəyər kimi dərk etsin.

Ona görə də azərbaycanlılar (kişili-qadınlı) dünyanın ən qısqanc adamlardır, deyə bilərik. Temperamentli insanlarda qısqanclıq çox vaxt fitrət olur”. 100-150 il əvvəl insanlar daha qısqanc idi.
“Avropanı örnək götürmək lazım deyil, onlar azadlığının altını çəkirlər indi. Bir çox ciddi xəstəliklər Qərbdə yayılmaqda davam edir. Mədəni qısqanclıq yaxşı olar, hətta qısqanclıq olmasa, ailələrin dağılmasına gətirib çıxarır. Yaxşı olardı ki, Azərbaycanda qızıl ortanı tapaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO