Laçında SON VƏZİYYƏT: Ərazidə neçə erməni qalıb?

Laçında SON VƏZİYYƏT: Ərazidə neçə erməni qalıb?

Hazırda oxunan: Laçında SON VƏZİYYƏT: Ərazidə neçə erməni qalıb?

90065

“Sakinlərin çoxu artıq LaçınI tərk edib. Hazırda ərazidə iyirmiyə yaxın (3-4 ailə) insan bizimlə qalır”.

Bizim.Media xəbər verir ki, bu barədə Laçın rayonunun qondarma administrasiyasının rəhbəri Narek Aleksanyan “Hraparak”a müsahibəsində deyib.

Onun sözlərinə görə, işğal zonasında qeyri-qanuni məskunlaşan sonuncu sakinlər bu gün və sabah rayon mərkəzini tərk edəcəklər.

Yerdə qalan sakinlər isə rayon mərkəzində yerləşən ərzaq mağazalarının sahibləridir

N.Aleksanyanın sözlərinə görə, sakinlər Ermənistanın dövlət qurumlarının ayırdığı nəqliyyat vasitəsi ilə şəxsi əşyalarını aparıblar.

Laçını tərk edən ermənilərin çoxu Ermənistanın Zəngəzur rayonuna, bir neçə nəfər isə Xankəndinə və rus sülhməramlılarının məsuliyyət zonasında olan digər rayonlara köçüb. Onlar mənzillə təmin olunublar.

İrəvanlı rejissor Arşak Zakaryanın sözlərinə görə, 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal olunmuş Zabux kəndində qanunsuz yaşayan sonuncu erməni avqustun 21-də kəndi tərk edib.

“Kənd sakinləri gözləyirdilər ki, avqustun 22-də mənzillərinə arayış veriləcək, bundan sonra kəndi tərk edəcəklər. Amma elə şərait yaradılıb ki, kənd sakinləri mənzil məsələsi ilə bağlı tələblərini səsləndirməyə vaxt tapmadan, təyin olunan müddətdən əvvəl kəndi tərk ediblər”, - deyə o, qeyd edib.

Zakaryan əlavə edib ki, köçkünlərin arayış alıb-almadığını bilmir.

Yeri gəlmişkən, Zabuxun yalnız iki sakini özlərinə məxsus olmayan evləri yandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO