Bakı kəndlərində mal-qara kütləvi şəkildə bazara çıxarılır - SƏBƏB

Bakı kəndlərində mal-qara kütləvi şəkildə bazara çıxarılır - SƏBƏB

Hazırda oxunan: Bakı kəndlərində mal-qara kütləvi şəkildə bazara çıxarılır - SƏBƏB

90013

Artıq son bir neçə aydır ki, Bakı kəndlərinin sakinləri saxladığı mal-qaranı bazara çıxararaq dəyər-dəyməzinə satmağa başlayıb.

Sakinlər səbəb kimi ot və yemin həddindən artıq bahalaşmasını göstərirlər. Onların bildirdiyinə görə, indiki yem qiymətləri ilə südün 1 litrini 2 manata satmaq lazımdır. Bu isə indi mümkün görünmür:

“Onsuz da əhali qiymət artımları ilə bağlı kasıblaşıb. Onlarda südə 2 manat verəcək hal qalmayıb. Biz mal-qaranın ot-ələfinə, yeminə pul çatdıra bilmirik. Hələ bunun qısırı, erkəyi var. Bir bağlama otu 8-10 manata alıb mal bəsləmək olar? Yem də ki, günbəgün qiyməti qalxır. Belə getsə, Bakı kəndlərində təzə süd arzusunda olanlar bu adətlərini unutmalı olacaqlar”.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bu vəziyyətin gözlənilən olduğunu deyir.

Onun sözlərinə görə, bu durumun yaranmasına zərərvericilərin otun 60-70 faizini məhv etməsi səbəb olub:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qoyunlar sığortalanacaq


“Çünki bu il rayonlarda otun birinci və ikinci biçini zamanı yonca sahələrinə zərərvericilərin kütləvi hücumu olub. Bunun nəticəsində demək olar ki, otun 60-70 faizi məhv olub. Fermerlər tərəfindən zərərvericilərə qarşı normal mübarizə tədbirləri də görülməyib. Otun sonrakı çalımları isə adətən zəif olur.

Bu vəziyyət ona gətirib çıxarıb ki, ötən il 2-3 manata olan yoncanın kipinin qiyməti 5-6 manat qalxıb. Bakıya həmin ot 8-10 manata gəlib çıxacaq. Həmin qiymətə ot alıb heyvan bəsləmək heç kimə sərf etməz.

Keçən il arpanın qiyməti 25-27 qəpik olsa da, indi 50-60 qəpiyə çatıb. Buğdanın qiyməti 30-35-dən 60-70 qəpiyə qalxıb. Yəni yemin bahalaşması da heyvandarlıqla məşğul olmağı çətinləşdirib. Ona görə də əhali sərf etmədiyindən heyvan saxlamaqdan imtina etməli olur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO