Bakıya 20 yeni metro vaqonu gətiriləcək

Bakıya 20 yeni metro vaqonu gətiriləcək

Hazırda oxunan: Bakıya 20 yeni metro vaqonu gətiriləcək

89990

Bakı metropoliteni Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 20 vaqondan ibarət 4 qatar tərkibi bu il Bakıya gətiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, artıq adıçəkilən şirkət müqaviləyə uyğun olaraq qatarların istehsalına başlayıb.

"Bu ilin sentyabr ayında Bakı metropoliteninin nümayəndə heyəti istehsal olunan qatarlara baxış keçirmək üçün Ruaiyaya yola düşəcək. Qatarlara baxış keçiriləndən sonra həmin vaqonlar razılaşmaya uyğun olaraq Bakıya gətiriləcək. İlin sonunadək  20 vaqonun hamısı Bakıda olacaq",- F.Əhmədov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO