Bakıxanov qəsəbəsində 3 quldur evə daxil oldu və...

Bakıxanov qəsəbəsində 3 quldur evə daxil oldu və...

Hazırda oxunan: Bakıxanov qəsəbəsində 3 quldur evə daxil oldu və...

89987

Avqustun 20-də Bakıxanov qəsəbə sakini Ə.Kərimovun mənzilinə biri qadın olmaqla  3 nəfər qonşu adı ilə daxil olub.

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həmin şəxslərdən biri əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurub, digərləri isə evi axtarıb. 

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO