Yeni qərardan sonra müəllimlərin maaşı nə qədər olacaq? – NAZİRDƏN AÇIQLAMA  

Yeni qərardan sonra müəllimlərin maaşı nə qədər olacaq? – NAZİRDƏN AÇIQLAMA  

Hazırda oxunan: Yeni qərardan sonra müəllimlərin maaşı nə qədər olacaq? – NAZİRDƏN AÇIQLAMA  

89971

“Azərbaycanda müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var:
 

MÖVZU İLƏ BAĞLI:

Sertifikasiyadan keçməyən müəllimlərin aqibəti necə olacaq? - Nazir AÇIQLADI 


"Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq. Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq".

Nazir bildirib ki, 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir.

E.Əmrullayev qeyd edib ki, ölkədə bu gün üçün 129 min pedaqoji heyət var. Bundan əlavə, 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO