Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir

Hazırda oxunan: Şagirdlərin elektron yerdəyişməsi davam edir

89948

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

7. “Zəngi” liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən, X siniflər üçün isə avqustun 15-dən 11:00-dan aktivləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO