“Yeni İctimai Nəzarət Şurası” adı altında olan təşkilatın sədri Ramil Şükürov və təşkilatın üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazədənin cinayət işi hakim icraatına verilib.
Bizim.Media xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil. Təşkilat üzvlərinin dələduzluq etdiyi şəxslərin siyahısı məlum olub.
Məlumata görə, bu cinayət işi üzrə zərərçəkmişlər Rövşən Bəymuradov, Nüranə Vəliyeva, Aysel Məmmədova, Zakir Süleymanov, Yeganə Batıyeva, Vüsal Zeynalov, İlqar Mirzəyev, Xuraman Quliyeva, Hikmət Nəcəfli, Əliheydər Axundov, Vüqar Qaracayeva, Bahram Həşimov, Xəyalə Miriyeva, Arzu Alıyeva, Murad Xalıqverdiyev, Əli Həşimov, Sevda Şıxıyeva, Sevda Verdiyeva, Bəhruz Bayramov, Həsən Ağayev, Ramiz Allahverdiyev, Kazım Mansurov, Rasim Səfərov, Kərəm Əmiraslanov, Samir Qazıxanov, İltimas Məmmədova, Vüsal Mirzə və Bayram Ələsgərovdur.
Qeyd edək ki, dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaradılmış “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü olan qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək, qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham edilir.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:43 / 23.08.2022
“Yeni İctimai Nəzarət Şurası”nın rəhbərliyi kimlərə dələduzluq edib? – SİYAHI
Hazırda oxunan: “Yeni İctimai Nəzarət Şurası”nın rəhbərliyi kimlərə dələduzluq edib? – SİYAHI
Hazırda oxunan: “Yeni İctimai Nəzarət Şurası”nın rəhbərliyi kimlərə dələduzluq edib? – SİYAHI
89926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.