Əli Həsənovun oğlu ABŞ-ın Mayami şəhərində şirkət açdı - SƏNƏDLƏR 

Əli Həsənovun oğlu ABŞ-ın Mayami şəhərində şirkət açdı - SƏNƏDLƏR 

Hazırda oxunan: Əli Həsənovun oğlu ABŞ-ın Mayami şəhərində şirkət açdı - SƏNƏDLƏR 

89866

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənlinin ABŞ-ın Mayami şəhərində qeydiyyata alınan şirkətinə lisenziya verilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumata görə, Şamxal Həsənli ötən ayın 12-də ABŞ-ın Mayami şəhərində (Florida ştatı) "SOLIS DEVELOPMENT LLC" adlı şirkət təsis edib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu Dubay mülklərini gizlətmək üçün BU YOLA əl atdı – FOTOFAKT 


Atlantik okeanı sahilində, "Golden Beach" adlanan kurort zonasında yerləşən 2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180 hüquqi ünvanında qeydiyyata alınan şirkət L22000309779 saylı lisenziya alıb.


Xatırladaq ki, Şamxal Həsənli "Xəzər TV"nin rəhbəri olub, onun adı "Jurnalistlər binası" ilə bağlı məhkəmə işində də çəkilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında “Portos” MMC-də baş mühasib işləmiş Kəmaləddin Abdullayev binanın inşası üçün köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə verdiyini demişdi.

Məhkəmədə Əli Həsənovun oğlunun prosesə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdi.
 

Əli Həsənov dövlət qulluğundakı mövqeyindən sui-istifadə edərək ailə üzvlərinin adına çoxsaylı şirkətlər açmışdı.

O, vəzifəsindən azad edildikdən sonra oğlu ABŞ-a, qızı isə Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO