Azərbaycanın tanınmış müharibə müxbiri, Baku.TV-nin jurnalisti Fərdin İsazadə ASALA erməni terror təşkilatının üzvü tərəfindən hədələnib.
Bizim.Media xəbər verir ki, F.İsazadənin caliber.az-a verdiyi məlumata görə, ona “Telegram” sosial şəbəkəsində kobud şəkildə təhdidlər gəlib.
“Amma mənim üçün bu təhdidlər sadəcə boş mehin əsməsidir. Mən işləmişəm və işləməyə davam edəcəyəm. Mövzu ilə bağlı internetin erməni seqmentinin klaviatura “qəhrəmanlarına” diqqət yetirməyə ehtiyac yoxdur.
Silahlı ermənilər 2020-ci ilin payızında Azərbaycan ordusuna qarşı vuruşa bilmədiyi kimi, vəziyyəti işıqlandırmaq üçün bizim fəaliyyətimizə də müdaxilə edə bilməzlər.
Ancaq belə situasiyalarda ayıq-sayıq olmaq lazımdır. Həm erməni cəmiyyətində, həm də erməni separatçıları arasında üzdəniraq belə “insanlar” az deyil.
Qarabağdan, Şərqi Zəngəzurdan verilişimizi, yayımımızı davam etdirəcəyik. Məni hədələyənlərin hər biri ilə şəxsən Qarabağda görüşməyə hazıram. Orada daim öz peşə fəaliyyətimlə məşğulam, erməni iddia və təhdidlərinə istənilən formada layiqincə cavab verə bilərəm”, - deyə F.İsazadə bildirib.
O, qeyd edib ki, əvvəllər sosial şəbəkələrdə müxtəlif erməni istifadəçiləri tərəfindən təhdidlər alsa da, bu cür hədələr ilk dəfə olaraq ASALA terror təşkilatının üzvündən gəlib:
“Mən bu çağırışı qəbul edirəm. Daim Qarabağa, Şərqi Zəngəzura gedirəm. Azərbaycanlılar ora əbədi qayıdıblar.
Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkmişik, sosial şəbəkələrdə aktivik, ermənilərdən gələn təhdidlərin fəaliyyətimizlə bağlı olduğunu əminliklə deyirəm”.
F.İsazadə oxşar təhdidlərə baxmayaraq peşəkar fəaliyyətini davam etdirəcəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 22.08.2022
Azərbaycanlı hərbi jurnalist ASALA terrorçusu tərəfindən hədələndi - FOTOFAKT
Hazırda oxunan: Azərbaycanlı hərbi jurnalist ASALA terrorçusu tərəfindən hədələndi - FOTOFAKT
Hazırda oxunan: Azərbaycanlı hərbi jurnalist ASALA terrorçusu tərəfindən hədələndi - FOTOFAKT
89842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.