Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq, yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media