Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq

Hazırda oxunan: Sabah bu yollar bağlı olacaq

8980

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bizim.Media-nın məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib.

Bildirib ki, yanvarın 20-də səhər saatlarından mərasimin sonunadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə yollar bağlı olacaq. 

“Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Vaqif Əsədov deyib ki, Şəhidlər Xiyabanı ziyarət edəcək şəxslər Parlament prospekti ilə hərəkət edəcək.

Onun sözlərinə görə sosial məsafə gözlənilməklə ziyarətçilər 5 nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO