Ağdamda şəhidin dağıdılmış məzarı illər sonra ziyarət olundu - FOTO

Ağdamda şəhidin dağıdılmış məzarı illər sonra ziyarət olundu - FOTO

Hazırda oxunan: Ağdamda şəhidin dağıdılmış məzarı illər sonra ziyarət olundu - FOTO

89777

Daha bir şəhid məzarı illər sonra öz doğmaları tərəfindən ziyarət edilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Telman Alı oğlu Babayevin məzarı Ağdamın işğaldan azad edilmiş Əliağalı kəndində ziyarət edilib.

Digər məzarlar kimi T.Babayevin də məzarı dağıntılara məruz qalıb.

Şəhidin ailə üzvləri və qohumları əraziyə səfər edərək dağıdılmış məzarı ziyarət edib, şəhidin ruhuna dualar oxunub.  

Xatırladaq ki, Telman Alı oğlu Babayev 1949-cu ildə Ağdam rayonun Əliağalı kəndində anadan olub. İxtisasca baytar olmuş T.Babayev ölkənin müxtəlif yerlərində peşə fəaliyyəti ilə məşğul olub.

Lakin erməni terrorçularının Azərbaycan ərazisinə silahlı təcavüzü başlayanda, Telman da digər həmkəndliləri kimi silaha sarılıb. O, 1992-ci il 16 avqustda rayonun Yeni Qaralar kəndi yaxınlığında mina partlayışı nəticəsində şəhid olub.

Ümumilikdə isə Əliağalı kəndinin 15 şəhidi var ki, onlardan da üçünün məzarı kənd qəbristanlığında yerləşib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO