Magistraturanın boş qalan yerlərilə bağlı RƏSMİ AÇIQLAMA  

Magistraturanın boş qalan yerlərilə bağlı RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Magistraturanın boş qalan yerlərilə bağlı RƏSMİ AÇIQLAMA  

89751

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə davam edir. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, namizədlər portal.edu.az elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.  

Müraciət zamanı, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO