40 minə yaxın abituriyent ixtisas seçimi edib

40 minə yaxın abituriyent ixtisas seçimi edib

Hazırda oxunan: 40 minə yaxın abituriyent ixtisas seçimi edib

89749

İxtisas seçimi bütün qruplar üzrə 2022-ci il 28 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, 22 avqust saat 09:30-a olan məlumata əsasən 39110 ixtisas seçimi ərizəsi təsdiq edilib.

Bildirilir ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.

Müsabiqə şərtləri barədə tələbə qəbulu haqqında elandan ətraflı məlumat ala bilərsiniz.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

“Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;


Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO