Azərbaycanın yanğınsöndürən maşınları Laçına daxil oldu – VİDEO

Azərbaycanın yanğınsöndürən maşınları Laçına daxil oldu – VİDEO

Hazırda oxunan: Azərbaycanın yanğınsöndürən maşınları Laçına daxil oldu – VİDEO

89619

Azərbaycanın yanğınsöndürən maşınları Laçın şəhərinə daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər "Telegram" kanallarında yer alıb.

Videoda Azərbaycana məxsus 2 yanğınsöndürən maşın və bir hərbi texnika (“BTR”) Laçın şəhərinin küçələrində irəliləyir.

Mənbə yazır ki, bir neçə gündür, Rusiya sülhməramlılarının yanğınsöndürən maşınları şəhərdə növbə çəkirmiş. Lakin sülhməramlıların müşayiəti ilə Azərbaycan Laçına öz maşınlarını göndərib.

Xatırladaq ki, qanunsuz şəkildə Laçın şəhərində, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər avqustun 25-dək ərazini tərk etməlidirlər.

Artıq məlumdur ki, separatçılar Laçında və Zabuxda bir neçə evə od vurub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO