Azərbaycanın bu rayonunda da YANĞIN BAŞLADI

Azərbaycanın bu rayonunda da YANĞIN BAŞLADI

Hazırda oxunan: Azərbaycanın bu rayonunda da YANĞIN BAŞLADI

89607

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin rəisi Akif Məmmədovun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsin, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”,- deyə Akif Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO