"Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir".
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır:
"Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".
Bizim.Media
![Hava şəraiti yeni meşə yanğınlarına səbəb ola bilər - BAŞ HİDROMETEOROLOQ Hava şəraiti yeni meşə yanğınlarına səbəb ola bilər - BAŞ HİDROMETEOROLOQ](https://bizim.media/file/articles/2022/08/20/1661000370_umayra-tagiyeva.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 20.08.2022
Hava şəraiti yeni meşə yanğınlarına səbəb ola bilər - BAŞ HİDROMETEOROLOQ
Hazırda oxunan: Hava şəraiti yeni meşə yanğınlarına səbəb ola bilər - BAŞ HİDROMETEOROLOQ
Hazırda oxunan: Hava şəraiti yeni meşə yanğınlarına səbəb ola bilər - BAŞ HİDROMETEOROLOQ
89591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.