Şuşa DOST filialının layihələndirilməsi başa çatır - RƏSMİ

Şuşa DOST filialının layihələndirilməsi başa çatır - RƏSMİ

Hazırda oxunan: Şuşa DOST filialının layihələndirilməsi başa çatır - RƏSMİ

89530

“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun təşkili, DOST xidmətləri infrastrukturunun ölkə boyu genişləndirilməsi, xidmətlərin elektronlaşdırılması işlərinin davam etdirildiyini vurğulayıb.
Qeyd edilib ki, Zəngilanın Ağalı kəndində bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb.

Şuşa DOST filialının da layihələndirmə işləri artıq tamamlanır. İşğaldan azad edilmiş ərazilərimiz həmin proqram üzrə DOST xidmətləri ilə tam əhatə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO