Bakıda gənc oğlan toyundan üç ay sonra qayınatasını öldürdü – MƏHKƏMƏ 

Bakıda gənc oğlan toyundan üç ay sonra qayınatasını öldürdü – MƏHKƏMƏ 

Hazırda oxunan: Bakıda gənc oğlan toyundan üç ay sonra qayınatasını öldürdü – MƏHKƏMƏ 

89519

Bakının Suraxanı rayonunda qayınatasını qətlə yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Taleh Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

İttihama görə, bu il mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərov qətlə yetirilib. Onu kürəkəni Taleh Heydərovun bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.
Qeyd edək ki, Taleh Heydərov hadisədən üç ay əvvəl mərhumun qızı ilə ailə həyatı qurub. İstintaq orqanı tərəfindən Taleh Heydərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO