Bakının Sabunçu rayonunda anası və bacısını qətlə yetirməkdə ittiham olunan Murad Niftizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, qətl hadisəsi 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib.
Həmin qəsəbədə yerləşən çoxmərtəbəli binada Murad Niftizadə anası, 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və bacısı, 1994-cü il təvəllüdlü Elgün Niftizadəni öldürüb.
Qətl hadisəsini törədən Murad Niftizadə daha sonra ölkədən qaçıb və Rusiyada gizlənib. İstintaq orqanı tərəfindən onun barəsində axtarış elan olunub və cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə Rusiya Federasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.
İstintaq orqanı tərəfindən Murad Niftizadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:24 / 20.08.2022
Bakıda anasını və bacısını öldürən şəxs HAKİM QARŞISINA ÇIXARILIR
Hazırda oxunan: Bakıda anasını və bacısını öldürən şəxs HAKİM QARŞISINA ÇIXARILIR
Hazırda oxunan: Bakıda anasını və bacısını öldürən şəxs HAKİM QARŞISINA ÇIXARILIR
89513
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.