Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpünün ətrafına tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, əraziyə keçirilən baxış zamanı tullantıların körpünün ətrafına və çaya atılaraq qalaqlandığı faktı təsdiqini tapıb. Faktla bağlı akt və protokol tərtib olunub.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.
Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Yaşıllıq və Təmizlik idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə idarəyə məcburi göstəriş verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 19.01.2021
Şabranda vəzifəli şəxs cərimələndi - FOTO
Hazırda oxunan: Şabranda vəzifəli şəxs cərimələndi - FOTO
Hazırda oxunan: Şabranda vəzifəli şəxs cərimələndi - FOTO
8950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.