“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO

“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO

89453

Avqustun 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları "Gizir hazırlığı kursu"nu bitirmələri münasibətilə təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayaraq gələcək xidmətlərində uğurlar diləyiblər.

Məzunlar adından çıxış edən gizir Vüsal Məmmədiyəzadə kurs müddətində qazandıqları bilik və bacarıqlarını xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və “gizir” hərbi rütbələri təqdim edildikdən sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO