Ərinin zorakılığına görə evdən qaçan Şəmkirli qadının  valideynləri ilə GÖRÜŞÜ 

Ərinin zorakılığına görə evdən qaçan Şəmkirli qadının  valideynləri ilə GÖRÜŞÜ 

Hazırda oxunan: Ərinin zorakılığına görə evdən qaçan Şəmkirli qadının  valideynləri ilə GÖRÜŞÜ 

89452

Sığınacağa yerləşdirilən Asimə Məmmədovanın yaxınları ilə görüşü təşkil olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 18-i Bakı şəhəri ərazisində tapılıb.  

Aidiyyəti qurumların əməkdaşları ilə birgə A.Məmmədovanın tapıldığı əraziyə yollanan Dövlət Komitəsinin nümayəndələri tərəfindən qadınla müvafiq söhbət aparılıb.  

Məlum olub ki, A.Məmmədova həyat yoldaşı tərəfindən mütəmadi fiziki zorakılığa məruz qaldığı üçün evi tərk edərək Bakıya gəlib. Hazırda o, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyindən Bakıda  sığınacağa yerləşdirilib.  

Sığınacaqda mütəxəssislərin iştirakı ilə A.Məmmədovanın psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb. Bu gün Asimə Məmmədovanın valideynləri Dövlət Komitəsinə müraciət edərək övladları ilə görüşmək istədiklərini bildiriblər. Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Asimə Məmmədovanın sığınacaqda doğmaları ilə görüşü təşkil olunub.  

A.Məmmədovanın valideynləri həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı müddətdə övladlarına sahib çıxmadıqlarından dərin peşmançılıq keçirdiklərini, bundan sonra onun yanında olacaqlarını bildiriblər. 
Qeyd edək ki, hazırda A.Məmmədovanın psixo-sosial reabilitasiya müddəti davam edir. Razılığı olarsa, o, doğmalarının yanına qayıdacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO